DİVANİ
Aqil olmaq deyil asan, Haqqın qüdrətindədir,
Bir insan ki yolun çaşsa, onun fitrətindədir. Yüz desələr öyüd almaz nəfsinə əsir olan, Qoltuğunda şeytanı var, İblis küdrətindədir. Nələr gəldi, nələr keçdi dünya xanimanında, "Mənəm" deyən fani oldu atəşin suzanında. Aralığa fitnə salmaq hiyləbazın qanında, Doğru yolda izi yoxdu, Haqqın hiddətindədir. Var-dövlətə həris olan baqi qala görmədim, Süleyman tək hökm eyliyə, mülkü ola görmədim, Hatəm misal ad qazana, süfrə sala görmədim, Qazandığı ləl olsa da, heçin qiymətindədir. Hərənin bir qisməti var, nə yazılıb olacaq, Tamahına düşkün olan özün dərdə salacaq, Qəlbi xain, paxıl olan güllər kimi solacaq, Öz-özünə havalansa, elin şiddətindədir. Yoxsul olan əlin açar səmti düşsə bir bəyə, Yada salmaz Haqq əmrini, üzün tutmaz heç göyə, Əflatuna nə lazımdı nadanlara baş əyə, Yerdə-göydə hökmü keçən Şahın xidmətindədir. |