ÖMÜR VƏ ZAMAN
Necə də sürətlə ötüşür illər,
Fərqinə varmırıq keçən zamanın. Günlər bir-birinə calanıb gedir, Tarixə qovuşur dünənki anın. Yaşayırıq bəzən adi günləri, Keçən günümüzdən bir fərqi olmur. İllərsə yel kimi keçir ömürdən, Həyatda mənası, bir izi qalmır. Ancaq yaranmışıq bu həyatda biz, Ömrün hər anını mənalı edək. Olmayaq tarixə, zamana bir yük, Zamanla bərabər mənalı gedək. Yaşamaq asandır, bunda nə var ki, Adicə yaşamaq, ya çox, ya da az. Qiymətli ömrünü verdinsə hədər, Bir əsr yaşasan faydası olmaz. Ömrün də həyatda mənası budur, Haqq üçün çalışıb qoyasan əmək. Peyğəmbər buyurub: "Bu günkü günün Dünənə tən gəlsə itirdin demək". Qoy ömür karvanın boşa ötməsin, Zəhmət yollarında döyünsün ürək. Bu gündən dünənə boylanan zaman, Həyatın dadını duyasan gərək. |