ÜzüncəÜzüncə Üzün gördüm, anladım ki yox imiş, Bərabəri ola sənin üzüncə. Görməmişəm sənin kimi cananı, Özü gözəl, qəddi gözəl, üz incə. Heç demirsən qurtaracaq canı mal, Nəyim varsa qurban sənə canı-mal. Alırsan incitmə gözəl canım al, İnsaf eylə, bu canımı üz incə. Əl uzatdım görüşməyə əl-ələ, Oda düşdüm toxunanda əl-ələ. Elə çəkdi əllərini ə lələ, Canım çıxdı əlim əldən üzüncə. Yanaqların saldı məni oda yar, Əflatunu alışdırıb od, a yar, Bir qədəm bas, işıqlansın oda, yar, Qoy söykəyim, üzüm görsün üz, İncə. |