MƏNDƏN NİYƏ KÜSMÜSƏN?..MƏNDƏN NİYƏ KÜSMÜSƏN?.. Ay mənim ömrüm-günüm, Məndən niyə küsmüsən? Batsın hənirim, ünüm, Məndən niyə küsmüsən? Səni incidib dilim? Qoy olsun dilim-dilim! Bir mənə baxsan, gülüm, Məndən niyə küsmüsən? Yadındadı bir axşam, Sevincək süzə-süzə, Qılıqlayıb anamı Elçi göndərdim sizə? Anan naz eyləmişdi, - Görək razıdırmı qız? Sən də başqa otaqda Oturmuşdun tək, yalqız. Söz sənə deyiləndə Susdun, dinmədin qəti, Buzları əridərdi, Üzüyün hərarəti. Pıçıldaşdı qonşular: - Qızı verdilər ərə ! Hm!.. İndidə birdən-birə Gəldik gözə, nəzərə? Məndən niyə küsmüsən? ...Quşbaşı qar yağırdı Qışın oğlan çağında, Qar topu oynayırdıq Qonşumuzun bağında, Yadındadı, yıxıldım Düz yolun qırağında? Gözlərimi yumdum ki, Görüm neyləyəcəkdin, Sənsə təşvişə düşdün, Ağlayıb öləcəkdin. Tezcə durub ayağa Oxşamadım telləri? Sildim yanaqlarından Axan leysan selləri. Onda niyə tökmürdün Mənə acı dilləri?.. Məndən niyə küsmüsən? Sən ömrümün gövhəri, Cəvahiri, ləlisən. Sən ruhumun tanrıyla Danışmağa dilisən. Elbəyi qurban sənə, Ey cənnətin gözəli! Sənə nə oldu, gülüm, Mənə baxsan, ay „dəli“ Məndən niyə küsmüsən?.. Elbəyi Cəlaloğlu |
selamlarımla