5
Yorum
1
Beğeni
5,0
Puan
2342
Okunma
A CEYRAN
Baxışınla ürəyini üzmüsən
Sinəmdəki qəm-kədərin, a ceyran!
Qaynar qanlı, çılğın təbli yaz günü
Günəşisən bir səhərin, a ceyran!
Ruhuma gir, bir qanadlı ata dön,
Eşqimə hop, saza çevril, uda dön.
Sən atəş ol, alova dön, oda dön,
Mən də olum səməndərin, a ceyran!
Bir çəməndə min çiçəyə dönsənə,
Elbəyinin qəlbində yer gen sənə.
Sən bir dayaz sevgi bəxş elə mənə,
Sevim səni dərin-dərin, a ceyran!
Elbəyi Cəlaloğlu
5.0
100% (4)