Üç qatı var hər insanınÜç qatı var hər insanın Dilim danışa bilməyir, Səni düşündüyüm qədər. Düşüncəmdə həm haqlısan, Dürlü-dürlü səhvin də var. Düşünürəm nəyin varsa, Əyrini də, düzünü də. Mühit qoymur söyləsin dil, Bildiyimin yüzünü də. Düşüncə “mənlik”dir demək, O deyəni “mən” deyəmmir. Ruhsa safdır, nə mənliyi, Nə də məni heç bəyənmir. Ruh bədəndə fövqəl bəşər, Çox ali bir sükançıdır. Hikmətini baha-baha, “Mən”ə satan dükançıdır. Üç qatı var hər insanın, Düzdürsə əgər gümanım, Biri mənəm, bir mənliyim, Bir də, bir də ruhum mənim. 25.04.2009 Elbəyi Cəlaloğlu |
Var garel ol