13
Yorum
6
Beğeni
5,0
Puan
2475
Okunma
Tarix elmləri namizədi
Kərəm Məmmədli ilə
II deyişmə
Ula, Bozqurdum ula!
21 mart, türklərin qurtuluş günü münasibətilə
Kərəm: Turan elim pozulmuş,
Ötükənim toz olmuş,
Nə durmusan çıx yola,
Ula, Bozqurdum, ula!
Elbəyi: Qılınc oynar əlində,
Bayram Turan elində,
İyirmi bir mart gələndə,
Ula, Bozqurdum, ula!
Kərəm: Yəhər dəyişdi çula,
Yurdda döndük biz qula,
Bir də dön İstanbula,
Ula, Bozqurdum, ula!
Elbəyi: Dirçəliş günümüz nəf,
Şuşa, Konya bir hədəf,
Sənə qul olmaq şərəf,
Ula, Bozqurdum, ula!
Kərəm: Ulu şaman Davulla,
Aldadır bizi molla,
Özün bizi duala,
Ula, Bozqurdum, ula!
Elbəyi: Çəkdin bizi birbaşa,
Altaydan qurtuluşa,
Ankarada gəl cuşa,
Ula, Bozqurdum, ula!
Kərəm: Bulqarlar salsın şəhər,
Karluklar çapsın kəhər,
Oğuzlar tonqal çatar,
Ula, Bozqurdum, ula!
Elbəyi: Ocağım dağ başında,
Oğuz xan yaddaşımda,
Göyərdi qardaşım da,
Ula, Bozqurdum, ula!
Kərəm: Zəngəzurdan gələr zəng,
İrəvanda edək cəng,
Tiflisdə ataq fişəng,
Ula, Bozqurdum, ula!
Elbəyi: Düzülüblər yan-yana,
Bakı, Bişkek, Astana,
Yaraşırlar Turana,
Ula, Bozqurdum, ula!
Kərəm: Kərəm, etməz ah, həzər,
Qara dəniz, ya Xəzər,
Mərəndə də sal nəzər,
Ula, Bozqurdum, ula!
Elbəyi: Elbəyi gərər sinə,
Təki qopuz, saz dinə,
Gir bizlərin qəlbinə,
Ula, Bozqurdum, ula!
17.03.2008
Elbəyi Cəlaloğlu
5.0
100% (10)
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.