1
Yorum
0
Beğeni
5,0
Puan
1025
Okunma
Bir sevgi var sevgilərin sonunda
Puç ömürdə orta yaşa çatmağa
Qram-qram, zərrə-zərrə gəlmişəm.
Haqqın mənə göndərdiyi sevgini
Kağız üstə sərə-sərə gəlmişəm.
Tər tökmüşəm gün altında, kölgədə,
Əzab gördüm hər getdiyim ölkədə.
Günahlarım çox olubdu, bəlkə də,
Bu dünyaya milyon kərə gəlmişəm.
Bulud gəldi yağış səpdi, bir yalan,
Ot göyərdi, ağac bitdi, bir yalan,
Gələn getdi, gedən itdi, bir yalan,
Faniliyi görə-görə gəlmişəm.
Hər yalana sonam çıxmaz gölündən,
Feyz almadım çəmənlərin gülündən.
Çiçəkləri övliyalar dilindən
Məhəbbətlə dərə-dərə gəlmişəm.
Cəlaloğlu, bir yönü var bunun da,
Gözəlliklər Tanrımızın donunda.
Bir sevgi var sevgilərin sonunda,
Bu ləhzəyə qətrə-qətrə gəlmişəm.
Elbəyi Cəlaloğlu
5.0
100% (1)