Ağcaqanad (sinek)Ağcaqanad Nə çox fırlanırsan könül varına, Susayıb qanıma, ay ağcaqanad! Qışda bükülümlər gəlir karına, Meydana çıxırsan yay, ağcaqanad! Əvvəllər istərdim qatilin olam, Bircə şallaq atıb canını alam. İndisə qorxuram pozula nizam, Azala dünyada say, ağcaqanad! Yaxşı ki, düşmədin o vaxt cəngimə, Hər şeyi anladım indi, incimə! Övladmı verirsən sən də hər cümə, Gəl götür qanımdan pay, ağcaqanad! Elbeyi Celaloğlu |
düşündürdü şiir.manası derinlerde olmalı.
saygılarımla