Bir qız gördüm
Elbəyi CƏLALOĞLU
Bir qız gördüm Bir qız gördüm şəfəq saçıb, Üzü Aydan görməlidir. Can bağında güllər açıb, Hər birisi dərməlidir. Gözü nur dolu piyalə, Dili lilpar, dodaq lalə. Saçlarının yanı halə, Arxasından hörməlidir. Qaşı andırır hilalı, Gözü ulduz tək cilalı. İslamın bu rəmzi-halı, Sirri Haqdan sormalıdır. Tellərində yasdan boya, Ürkək gəzir baxıb qıya. Qaşında zülmətdən maya, Kirpikləri sürməlidir. Elbəyi, dürdəndi dişi, Əl-ayağı rəssam işi. Görməsin deyə bir kişi, Nazik beli tirməlidir. 13.02.2015 |
Kutluyorum kalemini
Yüreğine sağlık
___________________________________Selamlar saygılar
Gören o qız haralıdı salam olsun usta qeleme