GəlmişdiGəlmişdi Aləmi-röyada, dostlar, bu gecə, Varlıqların gövhər-kanı gəlmişdi. Dodağından dürrü-gövhər yağırdı, Ruhumuzun tərcümanı gəlmişdi. Zəmi verər bircə dənə darıdan, Bəndələri odur sevən, yarıdan. Zənginləri hikmətiylə arıdan, Yoxsulların şah gümanı gəlmişdi. Allah eşqi cilalamış canını, Dörd xəlifə kəsdirmişdi yanını. Coşdurmağa ərənlərin qanını, Qoltuğunda pak Quranı gəlmişdi. Yoxlayırdı bədənimdə səbrimi, Göstərirdi düşəcəyim qəbrimi. Anladırdı hər məqamda cəbrimi, Baqi Ruhun bir ümmanı gəlmişdi. Fitri zəka, ədəb verdi hər dəmi, Vəcd anında seyr eylədik ədəmi. Haqq yoluna basmaq üçün qədəmi, Elbəyinin imtahanı gəlmişdi. 23.04.2012 Elbəyi Cəlaloğlu |
Selamlarımla