Sən kimə gəlirsən, ay zalım qızı!Sən kimə gəlirsən, ay zalım qızı! Ehtimal edirsən sevmirəm səni, Sən kimə gəlirsən, ay zalım qızı! Həsrətin salıbdı saçıma dəni, Sən kimə gəlirsən, ay zalım qızı! Sevgidən uca şey varmı həyatda? Canımı qul etdim eşqinə hətta. Xalçaya dönmüşəm ayağın altda, Sən kimə gəlirsən, ay zalım qızı! Gecələr mənimlə yuxulardasan, Gündüzlər ən gözəl qoxulardasan. Könül kitabımda oxular da sən, Sən kimə gəlirsən, ay zalım qızı! Aləmə yayılıb bu şayiə, səs, ün, Biri dəli deyir, o biri Məcnun. Beş kərə namaza dururam hər gün Sən kimə gəlirsən, ay zalım qızı! Gör neçə ərənə meydandı sinəm, Allahı duymadan inanma dinəm. Yolunda öləcək Elbəyi mənəm, Sən kimə gəlirsən, ay zalım qızı! Elbəyi Cəlaloğlu |
yazan kaleminiz hisseden yürek sesiniz susmasın dileklerimle kutluyorum kaleminizi