TANRI PAYI
Tanrı səni yaradanda, gör nə gözəl pay yaradıb.
Elə düzüb boy-buxunu, mələklərə tay yaradıb. Gözlərindən nur tökülür, hər baxışın canlar alır, Kipriklərin kaman oxu, qaşlarını yay yaradıb. Yanaqların dağ laləsi, dodaqların püstə kimi, Camalını xoş eyləyib bədirlənmiş ay yaradıb. Qulac-qulac siyah telin tökülübdür dal gərdana, İpək kimi tellərində dalğa-dalğa lay yaradıb. Qamətin şux, sinən mərmər, qoynundakı bir cüt nardır, Cilalayıb əndamını, minalanmış boy yaradıb. Həm hurisən, həm pərisən, gözəllərin-gözəlisən, Bənzərin yox bir kimsəyə, səni başqa soy yaradıb. Gözəlləri yaradanda Tanrı bir az xəsis olub, Ay Coculu görürsən ki, üçcə-beşcə say yaradıb. BU GÖZƏL Görəndə hüsnünü, gül camalını, Ağlımı başımdan aldı bu gözəl. Dəyişdi əhvalım, dəyişdi halım, Məni haldan-hala saldı bu gözəl. Duruşu-baxışı canımı üzdü, Qələm qaş altından gözünü süzdü, Kipriyin ox edib kamana düzdü, Tuşlayıb sinəmə çaldı bu gözəl. Zülfünü gərdandan qaldırıb başa, Sinəsi mərmərdi, boyu tamaşa, Sürməni, vəsvəni veribdir qaşa, Şirindi-şəkərdi, baldı bu gözəl. Duz qatıbdır işvəsinə, nazına, Mail oldum minalanmış üzünə, Heyran qaldım söhbətinə, sözünə, Sanırdım dinməzdi, laldı bu gözəl. Bu bir möcüzədir, Tanrının payı, Varmıdır beləsi, bundan savayı? Coculu, tapılmaz, heç bunun tayı, Bəlkə də mələkdi, haldı bu gözəl |
GÜNÜNDE GÜZEL OLSUN,:))SAYGIMLA