ANA DİLİM, ŞİRİN DİLİM
ANA DİLİM, ŞİRİN DİLİM
Içimizdə dərd yaşayır, Zaman-zaman çözəmmirik. Parçalayır içimizi, Ağrısına dözəmmirik. Nə imkan var əlimizdə, Nə bu dərdə çarası var. Qəlbimizdə sızıldayan, Turan adlı yarası var. Sinəmizdə qövr eyləyir, Min ildirki yaralanıb. Çox tökülüb qadaş qanı, Vətənimiz paralanıb. Yeriyiblər üstümüzə, Yad əllərdə didilmişik. At döşündə aparıblar, Tərki vətən edilmişik. Dinimizə, dilimizə, Əcnəbilər xor baxıblar. Min illərlə dilimizi, Çəpərləyib çox sıxıblar. Gah farsıca, gah ərəbcə, Şairlərim qəzəl yazıb. Demirəm ki, pis yazıblar, Hər birisi gözəl yazıb. Nə faydası anlamayıb, Bu dilləri babalarım. Dilimizi yaşadıblar, Türk ellərim, obalarım. Hər üç dili qarışdırıb, Bizi çaş-baş edibdilər. Sələfləri də onların, Arxasınca gedibdilər. Fəxarətlə söyləmişik, Filan necə dərin yazıb. Deyən yoxdur dilimizə, Hər birisi qəbir qazıb. İnanmıram Türk dilində, Nə ərəbi, farsı yaza. Bizim kimi, dillərinə, Onlarda bir qəbir qaza. Nə ingilis, nə də firəng, Nə almanı, nə də rusu, Başqa dildə yaratmağı, Ar biliblər özlərinə, Çəkinmədən düz baxıblar, Bu dünyanın gözlərinə. Bir zamanlar aramızda, Rus dilində danışmağı, Hünər bildik özümüzə. İndi də ki, ingilisi, Lap dürtürlər gözümüzə. Baş əyirəm qarşısında, Saz yaşatdı dilimizi. Ozanların qopuzunda, Aşıqların dillərində, Söz yaşatdı dilimizi. Avam kütlə, çoban-çoluq, Başqa dili bilmədilər. Yaşatdılar dilimizi, İtib-batıb ölmədilər. Ay Coculu, min illərdir, Doğma yurdum, doğma elim, Ana dilim, şirin dilim, Yaşayıbdır, yaşayacaq. Türk dünyası ortaq dillə, Tarixlərə daşıyacaq. |