İSTANBULU GÖRMƏK ÜÇÜN
İSTANBULU GÖRMƏK ÜÇÜN
Bir həsrət var üzür məni, İstanbulu görmək üçün. Torpağını qucaqlayıb, Ürəyimi vermək üçün. Baharında qonaq olum, Qucağında layla çalım. Nə icazə, rüsxət alım, Güllərini dərmək üçün. Böyük bir çələng götürüm, Çinlə sərhəddə gətirim, Arzumu başa yetirim, Türküstana sərmək üçün. Yurdumuzun hər yerində, Xəyanət var çox dərində, Başımızın üzərində, Qaranlığı yarmaq üçün. Haçalıdır yollarımız, Bağlanıb əl-qollarımız, Ortalaşsın dillərimiz, Sərhədləri qırmaq üçün. İstanbul əhlət daşımız, Gör var neçə qardaşımız, Qayıtsın öz yaddaşımız, Ayaqlarda durmaq üçün. Sən darıxma, ay Coculu, Çox qədimik, həm də ulu, Birləşəcək Türkün yolu, Böyük Turan qurmaq üçün. |