KİTABA BİGANƏ BAXANLARA
Kitaba biganə baxma a nadan,
Hər kitab bir elmin xəzinəsidir. Neçə söz sərrafı göz nuru töküb, Sətirlər hikmətin sirli səsidir. O elmin özəyi, bilik mənbəyi, İnsanın işıqlı yoludur kitab. Axtarsan var-dövlət, onda taparsan, Ləli-cəvahirat doludur kitab. Gecəli-gündüzlü yazıb babalar, Keçmiş tarixlərə işıq salıblar. Sən küncə atsan da bu zəhmətləri, Onlar dəyərini çoxdan alıblar. Dünənin səsidir, sabahın nuru, Zülmət gecələrə işıq salandır. Çox da bel bağlama dünya malına, Hər şey gəldi-gedər, kitab qalandır. |
Emeğine sağlık
Selamlar