LALƏNİN DƏRDİ
Yaz zamanı dağlar, düzlər, dərələr
Al qırmızı lalələrə bələnir. Boynu bükük qönçələri görəndə Gözlərimə göydən nisgil ələnir. Düşüncəmi fikirlərə qərq edən Hərdən mənə sual verir duyğular : Hər bir çiçək göyə baxır, bəs nədən Başın əyib bu çiçəyin qayğılar? Nahaq qanla sulanıbdır torpağı, Ona görə yerə baxır lalələr. Müxənnətlər elə çəkib bu dağı, Ərşə çıxır sızıltılar, nalələr. |