NƏSİHƏT
Artıq tamah böyüyüb, yekə daşları dələr,
O daş qırıqlarını bir gün başına ələr. "Mənəm "-deyib ucaltma özünü heç bir zaman, Udub qara torpaqlar, bədənini kül elər. Ölüm Allah işidir, ondan qaçmaq olarmı? Heç bir Adəm övladı bu dünyada qalarmı? Şeytana yoldaş olan sonu yada salarmı? Hesab-kitab, əməllər orda qarşına gələr. Tövbə eylə yazıqsan, nəfsinə qul olma gəl, Hər məzlumun ahını zor gücünə alma gəl. Özünü bilə-bilə bu atəşə salma gəl, Əflatun insanlığı Haqqdan ərməğan bilər. |