HƏR KƏSİN DƏYƏRİ, BİR ÇƏKİSİ VAR
Hər kəsin dəyəri, bir çəkisi var,
Yaxşıya heç yaman demək olarmı? Ağıllı insandan görünər mərfət, Ağılsız nəsihət, öyüd alarmı? Xain, qarnı qurdlu haqq işi pozar, Bədəsil düz getməz, yolunu azar. Kəmfürsət çalışıb hey quyu qazar, Xeyirxah işləri yada salarmı? Yaltaq durub nakişini öyməsə, Naşı adam düzən işi əyməsə, Bir bağa ki xoryat əli dəyməsə, Açılan çiçəklər küsüb, solarmı? Qardaş qardaşına badaq gəlirsə, Hər alçaq özünü kişi bilirsə, Ağsaqqal dədəyə gədə gülürsə, Ortada etibar, inam qalarmı? Dünyanın hər işi düzən olarsa, Haqqı könüllərə yazan olarsa, Bağçadan qanqalı üzən olarsa, Əflatun düşünüb, fikrə dalarmı? |