ALÇALA-ALÇALA YAŞIYAN DA VAR
Mərdlik hər adamın işi deyil ki,
Alçala-alçala yaşıyan da var. Ağrı-acıları alıb çiyninə, Dünyanın dərdini daşıyan da var. Alçaq adamların dünyası talan, Min söz də söyləsə, yalandır-yalan. Nə çoxdur həyatda kəmfürsət olan, Qaysaq yaraları qaşıyan da var. Həmişə kədərdən uzaq qaçsa da, Üzə gülümsəyib, qucaq açsa da, Ömrünün günəşi işıq saçsa da, Hərarət görməyib, üşüyən də var. Hər sözün-söhbətin ardınca getmə, Coşub bülbül kimi cəh-cəhlə ötmə. " Çoxdur dostum " - deyib məğrurluq etmə, Əflatun, arxanca döşüyən də var. 02.07.2019. |
Duyguların anlatımı ve anlamı güzel şiirde... Kutlarım...
............................................... Saygı ve selamlar..