1
Yorum
5
Beğeni
5,0
Puan
422
Okunma
Şükür Tanrıya ki, açıldı zülmət,
Məhəbbət naxışı toxundu bu gün.
Çəkildi üzlərdən hicran, qəm-kədər,
Sevgi nəğmələri oxundu bu gün.
Nə gözəl parlayır günəş ziyası,
Hər tərəf al-əlvan eşqin boyası.
Bəlkə həsrət könlüm ola doyası,
Səadət hər şeydən yaxındı bu gün.
Əflatun, nə xoşdur Haqqın qədəri,
Şirin xəyallarım deyil ötəri.
Yığşırıb bir yerə dərdi-kədəri,
Od-ocaq içində yax indi, bu gün.
5.0
100% (3)