Payız
Səni çox sevmişəm, payız,
Özümdən gizli-gizli. Səni çox sevmişəm, payız, Gözümdən gizli-gizli. Səni çox sevmişəm, payız Dəli kimi sevmişəm, Bir qadını sevmədiyim hiss ilə, Ülvi istək ilə, ülvi həzz ilə., Bəzən bilərək, istəyərək, Sənin üçün Acı-acı göz yaşları tökmüşəm. Səni çox sevmişəm, payız! Sənin üçün ölmüşəm,dirilmişəm. Yüz kərə, min kərə Torpağa gölmüşəm, Səni çox sevmişəm, payız . Bir vaxtlar bilməmişəm Dəli tək sevdiyimi. O vaxtlar üzdən sevirdim Sevirdim gördüyümü. O vaxtlar ömrümün baharı idi Xəzan yetişməmişdi, Sarı ,qızılı payız Ömrümə gəlməmişdi Yəni sən gəlməmişdin. Sən gəldin, gələn kimi, Mən səni sevdim... Qızılı rəngdə, qızılı payız. Ömrün ən dəyərli ən şirin çağı Payız.... Ən məlhəm, ən məhrəm qız Səni çox sevmişəm,payız! Fərid Muradzadə 13.09.2018. |
Güzel bir şiir okuttunuz…
Canı gönülden kutlarım…
.................................................... Saygı ve selamlar..