İnsan
Sən... Sən.....
Axı hardan tanıyıram səni mən?! Sanki min ildir tanışıq. Hardan toplayıblar səni, Misqal-misqal, qaşıq-qaşıq. Tələffüz fərqli olsa da Anladım ki biz adaşıq. Sən,sən, sən .... Axı hardan gəlirsən? Bəlkə minilliklırin, bəlkə yüzilliklərin, Bəlkə də fəzanın, ənginliklərin Dərinliyindən gəlirsən. Sən bizdən fərqlisən, Amma bizə də bənzəyirsən. Bəlkə ,,Mu" dan, ya Misirdən, Yaxud da Finikyadan keçirsən Bəlkə də çoxdan keçmisən, Azmısan,küsmüsən. Qurudan, quruya, Dənizdən dənizə köçmüsən. Gəlib qədim Qobustanda Qaya üstə ,,bitmisən" İnsan şəklində! Bəlkə səni cərəyanlar Materikdən materikə, Okeandan dənizlərə Ya da əksinə.. Dənizlərdən okeanlara, Atıb, axınla aparıblar. Bəlkə ,, Ümid burnu" da Elə sənin özünsən. Bəlkə qədim hetlərlə Bəlkə də şumerlərlə. Birlikdə yaşamısan, Məbəd divarlarına, Əsatirlər ,,yazmısan". Baş açmadım inan ki, Kimindən, kimliyindən Mən səni insan bildim, Minillikləri yoran Zehnindən,fəhmindən Tarixən qədimliyindən. Sən bizdən fərqlisən, Amma bizə də bənzəyirsən! Keçmişim, babam, insan! Bu gün mən varam,insan Gələcəyim, yeni İNSAN!!! Fərid Muradzadə 13.09.2018 |
engin yüreğe selam ederim
sen yaz şairim olur haberim
ben siz dostlarla beraberim
gönül dostunu syafamada beklerim