Vətən
Daşı daş üstə qalmayan,
Gedib- gələni olmayan, Odu, ocağı yanmayan Vətən.... Vətən! Daşı çox ,vətəndaşı yox, Həmsöhbəti, yoldaşı yox, Dərd bölməyə sirdaşı yox Vətən.... Vətən! Neçə yerə parçalanan, Tapdaq olan ,tapdalanan, Ay ,,pay" olub paralanan Vətən.... Vətən! Sən ey yaşı bilinməyən, Nə vaxtdır üzü gülməyən, Şəhriyar gələ bilməyən Vətən.... Vətən! Yağmaladı farslar səni, Yarı böldü ruslar səni, Bizdən qopardılar səni Vətən.... Vətən! Qarabağın bəxti qara, Kimləri gömdük məzara, Sağalmaz sinəmdə yara Vətən.... Vətən! Xaçlılar qurdu ittifaq, Araya saldılar nifaq, Viran qalan hər bir tifaq Vətən.... Vətən! Coşur damarda qanımız, Aydan arı vicdanımız, Bizim müqəddəs andımız Vətən.... Vətən! Fərid Muradzadə |
“19 Mayıs Atatürk’ü Anma, Gençlik ve Spor Bayramı” kutlu olsun…
............................................... Saygı ve selamlar..