YEYİRLƏR XIMIR-XIMIRŞiirin hikayesini görmek için tıklayın Yeyirlər xımır-xımır,
Səni yada salmırlar. İlahi, bu dünyada Nankorların nə çoxdur. Kafirin, zülümkarın İştahı yaman artıb, Şükür deyən bir dili, Nə də imanı yoxdur. Yesinlər, yedikləri Bir gün gözdən gələcək, Çünki halal verdiyin Haramzadəyə oxdur. Əl-həmdü lillah deyim, Qismətim səndən gəlir. Əflatunun dünyada Gözü həmişə toxdur. |