SÖZLƏRİMLƏ DİRİYƏM
Məni görüb duymağa
Arifanə göz gərək. Hər yetən bilməz məni, İlahinin sirriyəm. Torpaqdan yaransam da, Yaradana çox şükür. Sinəm söz xəzinəsi, Həm incisi, dürrüyəm. Şər söz deyən kəslərə Sözüm qılıncdan iti, Elə bilmə qorxudan Mən çəkiləm, kiriyəm. Haqqı sevən bəndəyə Dostum, qardaşım dedim. Ürəyim sevgi dolu, Məhəbbətli biriyəm. Bədənim ölüb getsə Bir gün fani dünyadan, Sözüm yaşadar məni, Sözlərimlə diriyəm. |