Şairlər dəli olur deyirlər
Şairlər dəli olur deyirlər
Şairlər dəli olur deyirlər! Bir az çılğın,bir az durğun Fikirləri qarışıq Bir az da sərsəri olur deyirlər. Şairlər sözlə oynayır, Şair sözü cilalayır Almaz kimi, ən dəyərli daş-qaş kimi. Şairlər dünyanın yükünü çəkər fikrini çəkər. Ancaq bir insan göstərin Bir şairin çəkdiyini çəksin Çəkməz, çəkə də bilməz. Şairlər dünyanın ən gözəl rəsmini çəkər Sözlə. Amma bu rəsmi kimsə görməz Şəkil olaraq gözlə. Bir şair qələmində Qara bir ərəb qızı Sevgi simvolu oldu. Bir şair qələmində Sözlər toplanıb Leylanın bəzədi. Bir şair qələmində Zehnində, təfəkküründə Şeyx Sənan Dinindən döndü,çoban oldu, Donuz otardı.... Bir şair qələmində, bir aşığın dilində, Kərəm eşqi üçün yanan oldu. Züleyxa eşqindən yalan dedi, Aşıq Yaxşısına nakam getdi. İlahi,belə də eşq olar?! Demək ki var, Bir şairin qəlbində yerin tutan arzular, Bir şah əsər yaradar Buna görə də məncə Şairlər dəli olur deyirlər. Heç haqsız da deyillər Çünki, dəlilik igidlik anlamıdır Şairlər də igiddir,dəlidir! Fərid Muradzadə |
Yüreğine emeğine sağlık usta
__________________________________Selamlar