İrfani şeirDərvişlər söz ortağım, İman nurum,çırağım Gəzdim Hələb torpağın, Nəsimiyəm, Şamdayam. Qəlbi,,eşqə"közləyən, ,,Cananını" gözləyən, Zahidə həqqəm deyən, Hürufiyəm,,lam" dayam. Şəmsin nurlu çöhrəsi, Dərvişlərin vəsvəsi, Ərşə qalxar,,hu" səsi, Mevlanayla Rumdayam. Susuz çöldə ırmağam, Gah təpəyəm,gah dağam, Yeləm, tozam,torpağam, Səhradayam, qumdayam. Düşünmə biçarəyəm, Nə hilal,nə haləyəm, Baxma parə-parəyəm, Bütövdəyəm,tamdayam. Fərid Muradzadə |
Şiir karın doyurmaz ama gönül doyurur…
Şiir ruhun gıdasıdır…
.................................................... Saygı ve selamlar..