YAZILAN ŞERLƏRƏ SİZ KƏM BAXMAYIN
Yazılan şerlərə siz kəm baxmayın,
O, kövrək qəlblərin dövlət-varıdır. Yazanlar boş yerə yazmır ki şeri, Şer duyğuların gözəl karıdır. Bəzən şirin gəlir, bəzən də acı, Hər necə olsa da ruhun möhtacı. Meyvələr həmişə bağların tacı, Verdiyi nədirsə, onun barıdır. Şair ilhamını yerə endərir, Onunla ruhunu Haqqa göndərir. Sözə sığal çəkir, şerə döndərir, Şer sevgilisi, şer yarıdır. Qəlbim od tutanda hamı deyir, döz, Varağa tökülür yandıranda köz. Əflatun, incidir hər dəyərli söz, Bir şair könlünün yadigarıdır. |
Qelemin susmasın usta
________________________Salam