NAKİŞİLƏRƏ
Kişilik adına ləkə gətirər,
Özünü xəlvətdə kişi sayanlar. Beş adam yanında hörməti yoxdur, Cəmiyyət içində ancaq say, onlar. Baxıram, üzündə bitib saqqalı, Çoxdur bu dünyanın axmaq naqqalı. Xəlvət dərələrin qorxaq çaqqalı, Yekəldər özünü, şirə tay anlar. Əflatun, çox gözəl demiş dədələr, Nakişi vurammaz, elə hədələr. Həmişə özünü soysuz gədələr, Zənənlər yanında ağa-bəy anlar. |
Yüreğine emeğine sağlık
__________________________Selamlar