MƏN BİR YOLUN YOLÇUSUYAM
Mən bir yolun yolçusuyam,
Məqsədim bir, amalım bir. Dolansa da neçə illər, Naşı bilməz nədir bu sir. Yol ərənlər gedən yoldu, Sevən qəlbə hüzur doldu. İblislər şər deyib soldu, Həqiqətə oldu əsir. Çətinlikdən yorulmaram, Tutmuşam bu yolda aram. Əflatunam, belə varam, Eyləmişəm yola tədbir. |