SONET
Bəzən rast gəlirəm elə adama,
Nifrət eyləyirəm özüm özümə. Bəzən də eləsi çıxır qarşıma, İlan-çayan kimi dəyir gözümə. Deyirəm, neynirdin böyük Yaradan, Ağlı zay, özü zay bu məxluqları? Bu qədər ağılsız, nadan olunca, Olaydı bir neçə ağıllı barı. Nə üçün yaranıb pis yaxşıdan çox? Onlar ki bəşərin köksünə bir ox. Cavab axtarıram, cavabı hanı? Axı dünya özü sevgiyə möhtac, Sevgidir başlarda ən bəzəkli tac, Yaxşılar olacaq sevginin canı. |