SEVGİ OLMASA ( divani )
O həyatdan həyat olmaz orda sevgi olmasa,
Dünya nura boyanarmı günəş ziya salmasa? Hərəyə bir istək verib tanrı öz qüdrətiylə, Gözəlliyə " can " demərəm məni məndən almasa. Əmanətdi bu dünyada ömür adlı sarayın, Öz sevginə xidmət eylə, hələ yoxkən " vay-vay"ın. Sev obanı, sev elini, sevgidir ən xoş payın, Yaman olar sevgi ilə eldə adın qalmasa. Hər yaxşı söz sevgidəndir, gözəlliyi bilinə, Haqq əmridir, Haqqdan gəlir bu kəlmələr dilinə. Sözlərini yaza bilməz qələm alıb əlinə, Bu Əflatun gördüyünü duyub fikrə dalmasa. |