QOCALIQ ( R. A. Abışovla deyişmə )
Ə. Hüseynoğlu :
Kamilliyin zirvəsi, Şöhrət-şandı qocalıq. İnsan ömrünün tacı, Həm ad-sandı qocalıq. R. A. Abışov : Gənclikdən doymaz, acdı, Dərdlər qovuran sacdı, Elə, obaya tacdı, Gözəl andı qocalıq. Ə. Hüseynoğlu : Ömür adlı varı var, Bir tükənməz barı var, Namus, qeyrət, arı var, Gövhər-kandı qocalıq. R. A. Abışov : Gedişi qan yatırar, Bir qırğını batırar. Çox təmkinli oturar, Ən saf qandı qocalıq. Ə. Hüseynoğlu : Ağayana gəlməsi, Şirin-şirin gülməsi. Öyüddür hər kəlməsi, Bir ümmandı qocalıq. R. A. Abışov : Başda buxara papaq, Nurun tökür hər yanaq. Olmaz adına qınaq, Sanki xandı qocalıq. Ə. Hüseynoğlu : Əflatun tərif yazar, Adına dastan düzər. Hər yanda sözü gəzər, Yaxşı candı qocalıq. |
Ama anlatım teknik olarak gözeldi alqışlayıram
_______________________________Salamlar