SONET
İnsanlıq yaranmayır var-dövlətin gücünə,
O, doğulur anadan cəsur bir insan kimi. Hər adam insan olmaz onda "mən"lik olmasa, Cildi insan olsa da, daxilən viran kimi. Mən adamlar görmüşəm, insanlara nümunə, Gözəl əməllər onu yaşadacaq hər zaman. Elə adamlar var ki, nifrətdir qazandığı, Mayasında haram var, zatı pozuqdur yaman. Sözlərim yeni deyil, bunu hamı da bilir, Elin gözü tərəzi, yaramaza el gülür, Mənim məqsədim budur, insanlıq qoy var olsun! Yaxşıları ucaltmaq yaxşıların işidir, Qeyrətinə sarılan meydanda mərd kişidir, İblis xislətli kəslər, qoy sizlərə ar olsun! |