YAZ GƏLİR DAHA
Soyuğun, boranın, tufanın, qarın,
Dəyib arxasından yaz, gəlir daha. Torpaq cana gəlir ilıq havadan, Güllər də eyləyir naz, gəlir daha. Tellənir qəlbimin hər incə simi, Arzular dil açır tər çiçək kimi. İlin yaraşığı, gözəl mövsümü Əhvalı eyləyir saz, gəlir daha. Ağ donu soyunub, yaşıl geyir yer, Şairlər söz qoşub, oxuyur şe’r. Təb gələndə durma, qələmə söz ver, Əflatun, bahardan yaz, gəlir daha. |