OLANDA DA ( Z. Yaquba nəzirə )
Ya alim olasan, ya əsil ustad,
Belə ad alasan ad alanda da. Səni danışalar, səndən deyələr, Belə yad olasan yad olanda da. Bir azar görməyə sağlam canın da, Xoş keçə ömürdə hər bir anın da. Oğul bir yanında, qız bir yanında, Belə şad olasan şad olanda da. Hər məclis içində biləsən yerin, Az sözlə fikrini deyəsən dərin. Ağızda sözlərin şəkərdən şirin, Belə dad olasan dad olanda da. Haqqın nuru yağa daim üzündən, Nəsillər yeriyə sənin izindən. Ocaqlar alışıb yana közündən, Belə od olasan od olanda da. Əflatun, sözünü eylə kəsə sən, Namərdi qılıncla iki kəsəsən. Coşanda küləkdən iti əsəsən, Belə bad olasan bad olanda da. 17.03.2019. |
kalemin susmasın usta
______________________________Selamlar