QIFILBƏND
Tarixlərdən gələr səsi-sorağı,
O kimdir ki, adı yaşar, özü yox? Ara qatar, evlər yıxar daima, Çox uzunca ayağı var, izi yox. O nədir ki, harda nəyi qovalar, O kimdir ki, nə söz demə, nə yalvar. O nədir ki, gecə-gündüz çavalar, Qəfəsdədi, kor yaranıb, gözü yox. Əflatun bir ocaq görüb, gur yanar, Arif olan hər eyhamdan söz qanar. Eləsi var əyri yolu düz sanar, Hey danışar, ancaq doğru sözü yox. |