O DAĞLAR MƏNİ ( Təcnis )
Nə deyim mən sənə kəc olan bəxtim,
Ümid bəslədiyim o dağlar məni. Elə alışmışam həsrət oduna, Baxıb yanmağıma, od ağlar məni. Vədəsin gözlərəm ay arasına, Girərmi qolların ay arasına? Baxın bu sinəmin a yarasına, Salıb atəşinə o, dağlar məni. Daha ovutmayır mehriban səs də, Bircə sən harayla, bircə sən səsdə. Əflatun dözəmmir, qulağı səsdə, Çağıra qoynuna o dağlar məni. |