SONET
Yaşamaq çox gözəldir yaşasan kişi kimi,
Kölgədə sürünənə həyat da zindan olar. Əfəl olub dolanan dünyada naşı kimi, Boş yerə say artırar, tay-tuşdan dala qalar. Mənə oğul gərəkdir, özünə ər dedirdə, Havayı yeyib-gəzən oğul nəyimə lazım? Hay deyəndə hayıma bir qoç kimi yetişə, Bu cür övlad olacaq ömürdə bahar-yazım. Lazım deyil hədərə havanı korlayanlar, Axı kimə gərəkdir dünyada ölü canlar? Vətən üçün vətəndaş olan oğul gəzirəm. Qoy sözümü dinləsin arif olan insanlar, Çünki həqiqi sözün mənasını tez anlar, Bu həvəslə qələmə sarılıb mən yazıram. |