DAĞILIR, ANALI DÜNYAM DAĞILIR
Dünya gözlərimdə qaralır mənim,
Dağılır, analı dünyam dağılır. Əriyir gözlərim önündə anam, Dağılır, analı dünyam dağılır. Necə də şirinmiş analı olmaq, Ananın gözündə bir körpə qalmaq. Analı günlərlə sevincə dolmaq, Dağılır, analı dünyam dağılır. Bu gündən həsrətin məni alacaq, Bir ömür yanğılı oda salacaq. Adın dodağımda andım olacaq, Dağılır, analı dünyam dağılır. Sən mənim Məkkəmdin, Mədinəm idin, Həmişə balana göz nurum dedin. Dualar eyləyib, nəsihət verdin, Dağılır, analı dünyam dağılır. Göz yaşım sel olub, sözümə baxmır, Əflatun çay kimi çağlayıb axmır. Həvəsdən gözümdə şimşəklər çaxmır, Dağılır, analı dünyam dağılır. 13.02.2019. Yırğançay |