0
Yorum
2
Beğeni
5,0
Puan
745
Okunma
Ana, qollarıyın həsrətindəyəm,
Al məni qoynuna, şirin layla de.
Baxma zaman-vaxta, hamsı hədərdir,
Gündüzlər günəşlə, gecə ayla de.
Yanına gəlmişik, eşit haymızı,
Dur özün hazırla çörək-çaymızı.
Gözüm əlindədir, ayır paymızı,
Bacı-qardaşına tezcə payla de.
Əlim qələm tutub yaza bilmirəm,
Dərdini heç cürə çözə bilmirəm,
Sənin bu halına dözə bilmirəm,
Acı göz yaşını gözdən qoyla de.
15.02.2019.
5.0
100% (2)