HAQQIN SƏSİ
Ölüm bir yoxluq ha deyil,
Ölüm Haqqa gedən yoldu. Bu yolda kimlər qazandı, Kimlər də bir rəzil oldu. Demə " mənəm " bu dünyada, Hər həyatın bir sonu var. Elə yaşa ömrünü ki, Qiyamətdə sən olma xar. Həqiqətin yox qorxusu, Haqqı sevən Haqqa çatar. Yolunu düz tutan adam Nəfsinə də bir daş atar. Yarananlar gedəcəkdir, Bu şəksizdir, yalan deyil. Anlayışı geniş tutub, Bircə yol gəl Haqqa əyil. Ölümündən qorxacaqdır Yolu əyri olan kəslər. Eşidin siz bu sözləri, Haqq adamı Haqqa səslər. |