OLUBDUR (Qıfılbənd )
Nə hikmətsə bütün aləm vurğunu,
İnsanların bir pənahı olubdur. Onu sayar nökərlər də, bəylər də, Yer üzünün dönməz şahı olubdur. Dillərdədi həm şövkəti, həm şanı, Sorağı var gəzsən bütün dünyanı. Görməyənin yanar dini-imanı, Ürəyində dərdi, ahı olubdur. Əflatun da söz axtarar, söz seçər, Böyüklərin əllərindən su içər. Görərsən ki başdan gələr, yan keçər, Kim tutarsa cəlal-cahı olubdur. |