XATİRƏLƏRİM
Hərdənbir gəncliyim düşür yadıma,
Xəyallar qoynunda xumarlanıram. Bir isti hərarət hopur canıma, Körpə uşaq kimi tumarlanıram... Qaynardı gözümdə həyat sevgisi, Dünya mənim üçün əyləncə yeri. Qayğıdan uzaqdım, heç yorulmazdım, Gecəni sübhədək tutardım diri. Bəzən də vaxt edib qonşu qızıyla, Xəlvətdə oturub pıçıldaşardıq. Mövzumuz gələndə sevgi üstünə, Qaynar qazan kimi coşub-daşardıq. Kəsərdik əhd-peyman bir-birimizlə, Məhəbbət yolunda and da içərdik. Mən Məcnun olardım, o da ki Leyli, Bu eşqin uğrunda candan keçərdik. Bilməzdim qəm-kədər, ayrılıq nədir? Xoşbəxt günlərimi belə yaşardım. Hərdən sevgilimin səsi gələndə, Az qala hasardan belə aşardım. Ağlıma gəlməzdi dünyanın fəndi, Sənin saydığını heç fələk sayar? Sevgiyə, istəyə tamahlandırıb, Birdən də arzunu gözündə qoyar. Gün gəldi, qoparıb məni dünyamdan, Həyat uzaqlara qəfil tulladı. Keçirib hər cürə sınaqlarından, Dərdləri belimə yaman çulladı. O günlər arxada qalıbdır daha, Düşmüşəm dünyanın sərt kəməndinə. Qayğılar bürüyüb dörd bir yanımı, Minmişəm zamanın dərd səməndinə. Keçibdir gəncliyin karvanı çoxdan, Axtarsam tapılmaz nə göydə, yerdə. Qazancım odur ki, ötən günləri, İndi yaşadıram xatirələrdə. |
Her mısrada sizin gibi, bizim gibi şair ruhu buram buram kokuyor...
Kaleminiz dik dursun…
.................................. Saygı ve Selamlar..