MƏNƏ NƏ? ( Sabirsayağı satira )
Ac-yalavac tir-tir əsir, mənə nə?
Fəhlə-kəndli köpük qusur, mənə nə? Qiymət qalxır, od eləyir günbəgün, Yetim-yesir dad eləyir ünbəün, Qarnım toxdur, kef çəkirəm özümçün. Ac-yalavac tir-tir əsir, mənə nə? Fəhlə-kəndli köpük qusur, mənə nə? Günüm keçir restoranda, həm barda, Yemək görsəm müftə əgər, mən orda, Arvadlar da gecə-gündüz ah-zarda. Ac-yalavac tir-tir əsir, mənə nə? Fəhlə-kəndli köpük qusur, mənə nə? Aşırıram neçə qabda bozbaşı, Tez cumuram yağlı görsəm mən aşı, Tanımıram o zaman da qardaşı. Ac-yalavac tir-tir əsir, mənə nə? Fəhlə-kəndli köpük qusur, mənə nə? Deyirlər ki bahalanıb çörək də, Canın çıxsın, get taxıl al, yer ək də, Pulun yoxdur, nəyin varsa ver, ək də. Ac-yalavac tir-tir əsir, mənə nə? Fəhlə-kəndli köpük qusur, mənə nə? Uşaq-muşaq durub üzə, işləmir, Hərzə-hədyan sözlərini boşlamır, Neyləyim ki, isti lavaş dişləmir. Ac-yalavac tir-tir əsir, mənə nə? Fəhlə-kəndli köpük qusur, mənə nə? |
Şiirin güzelliği solmasın...
Zorlukları yenmek gerek...
Sevgilerin kucaklaştığı şiir…
...............................................Saygı ve selamlar..