YAZA-YAZ
Qış günündə, isti soba yanında
Oturmuşam, dəftərimə yaza-yaz. Bəd görünər hər bir tərəf bayırda, Yay zamanı duman ola, yaz ayaz. Dağlarımı sis bürüyüb, qar alıb, Dözəmmirəm, səbrim yaman qaralıb. Həsrət çəkir bu gözlərim, qaralıb, Gəlişinlə güldür bizi yaz, a yaz. Keçən günü xoş xatırla, yaz, an da, Qiymət versin oxuyan da, yazan da. Ay Əflatun, sən fəsildən yazanda, İl içində gözəl keçən yaza yaz. |
Kutlarım...
Sevgilerin kucaklaştığı şiir…
...............................................Saygı ve selamlar..