TAHIRE TÜRKMEN XANIMLA DEYIŞMƏ
Əflatun Hüseynoğlu :
Bu dünyaya belə gəldik-gələli, Dərd-kədərlə düşdük işə ay bacı. Zəmanənin əzabını çəkməyi Özümüzə etdik peşə ay bacı. Tahirə Türkmən : Vurub bu kədərə bir sərt təpiyi, Aşıb dağ-dərəni, gah da gədiyi. Budur şairənin sənə dediyi, Bu qoca dünyanı yaşa, qardaşım. Əflatun Hüseynoğlu : İslanmışın yağışdan nə qorxusu, Batıb lığa insanların çoxusu. Yatmır, ərşə çıxıb gözün yuxusu, Necə vuraq ömrü başa, ay bacı? Tahirə Türkmən : Çox yağmurlar yağıb, günəşlər doğub, Haqqın tamamında düz şəri boğub. Bu dünya gərdişə baxıb ha baxıb, Ümidin yolunda yaşa, qardaşım. Əflatun Hüseynoğlu : Doğrudur, qədəri yazan Allahdır, Çoxunun çəkdiyi amandır, ahdır. Əksinə getmirəm, bu bir günahdır, Özü yazır bəxti yaşa, ay bacı. Tahirə Türkmən : Bəxti gətirənin dərdi gizlidir, Varlıda sir olan kasıbda sözdür. Çəkmək istəsən bil, tərəzi düzdür, Azı-çoxu yox ki, yaşa qardaşım. Əflatun Hüseynoğlu : Mən nə deyim bəxti yazan qələmə, Əflatunun günü dönüb ələmə. Yoldaş olduq çətinliyə, zülümə, Qismətimiz dönüb daşa ay bacı. Tahirə Türkmən : Bilməzsən bəxt gəlir necə, haradan, Aqillər seçərlər ağı qaradan. Tahirə deyər ki, böyük Yaradan Gözəl qismət yazar yaşa, qardaşım. |
Şahane bir şiir okudum…
Sevgilerin kucaklaştığı şiir…
...............................................Saygı ve selamlar..