DÖNDƏRƏR
Gül olma dünyanın güllü bağına,
Lalə tək bağrını qana döndərər. Əvvəlcə göstərər özünü şirin, Sonra da səmtini yana döndərər. Torpaqda dən kimi can verər sənə, Daldan həsrət qoyar parlayan günə. Kəc baxar zülümlə verdiyin dənə, Ovxalar, üyüdər, una döndərər. Həyatda özünü lap yandır, yax da, Sonda kədər düşür qismətə, baxta. Əflatun, inanma xoş keçən vaxta, Ömrünü bir acı sona döndərər. |
Emeğine yüreğine sağlık
Kalemin susmasın
__________________________________Selamlar