AZ ARA
Fələk, sənlə çoxdu hələ bil, davam,
Saldın məni qəm-möhnətə, azara. Nə tapmısan mən yazığın canında, Boz-bulanlıq bu kölgəmi az ara. Bəd deyərəm gərdişinə bir də ha, Boz üzünə mən çəkərəm bir dəh * a! İncitmisən, barışmaram bir daha, Çox yaxına gəlmə, saxla az ara. Lovğalanma öz gücünə " bən " * * deyə, Güc qoyaram mən qarşına, bənd əyə. Zor gəlirsən hər mülayim bəndəyə, Əflatun da öz yolundan azar a! . . * dəh - burada qamçı mənasında ** bən - türkcə " mən " mənasında |
Gönlüne ve duygularına sağlık...
Beğendim...
Sevgilerin kucaklaştığı şiir…
...............................................Saygı ve selamlar..